Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ bu ölkəyə qarşı ixrac sanksiyaları tətbiq edəcək

ABŞ və Avropa İttifaqı (Aİ) Çinə qarşı Rusiya əleyhinə məhdudlaşdırıcı tədbirlərə bənzər ixrac məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edir.

Yenixeber.org: 2022-ci il dekabrın əvvəlində keçiriləcək ABŞ və Aİ arasında növbəti yüksək səviyyəli ticarət forumunun gündəliyinin müzakirəsi zamanı bu barədə söhbət düşüb.

Müttəfiqlər Moskvaya ixracı məhdudlaşdırmaq üçün əməkdaşlıq edirlər. Bayden administrasiyası Çinə ixracata ikitərəfli məhdudiyyətləri tətbiq etmək üçün eyni məlumat mübadiləsi və icra koordinasiya üsullarının bəzilərindən istifadə imkanını araşdırır.

Avropa Alyansının bütün üzvləri ABŞ tərəfinin ideyasını dəstəkləmir. Lakin bəzi ölkələr, o cümlədən Almaniya təklif edib ki, Pekinin hərbi potensialını gücləndirməsi üçün hansı mallardan istifadə edə biləcəyi araşdırılsın və onlara qarşı sanksiyalar tətbiq edilsin.

Bundan əvvəl Çinin xarici işlər naziri Van İ ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığında Vaşinqtonun Pekinə yeni ixraca nəzarət qaydası tətbiq etməklə azad ticarət qaydalarını pozduğunu bildirib.(Bloomberg)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam