Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

On altı yaşınadək şəxslə cinsi əlaqədə olmağa görə yeni cəzalar müəyyənləşir

 

On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşir.

Yenixeber.org: Bununla bağlı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırki variantı isə belədir: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam