Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Karantin tədbirlərinə riayət etməliyik" -RƏY

 

“Pandemiya bitməyib. Ona görə də biz öz sağlamlığımız üçün diqqətli olmalı, karantin tədbirlərinə riayət etməliyik”.

Yenixeber.org: Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, koronavirus riski hələ də var və dövlət tərəfindən karantin tədbirlərinin davam etdirilməsi soyuq havalarda riskli vəziyyətin qarşısının alınmasına kömək edəcək.

O, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən işlərdən danışıb.

Komitə üzvü vurğulayıb ki, Azərbaycanda karantinin Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun şəkildə təşkil olunması, müalicə proseslərinin düzgün istiqamət götürməsi və o cümlədən vaksinasiya prosesində Azərbaycanın digər dünya dövlətlərinə örnək addımlar atması ölkədə epidemioloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb:

“Bütün bunlarla yanaşı biz bir məsələni də diqqətə almalıyıq ki, havaların soyuması ilə xəstəliklərin artması ehtimalı digər xəstəliklər kimi koronavirusu da tətikləyə bilər. İnsanların vaksinasiya və keçirdikləri xəstəliklər hesabına qazandıqları müqavimət pandemiyanın kəskin fazasının sönməsinə gətirib çıxarıb”.

“Lakin pandemiya bitməyib və koronavirus müxtəlif mutasiyalara uğrayaraq hələ də öz mənfur üzünü göstərməkdədir. Ona görə də biz öz sağlamlığımız üçün diqqətli olmalı, karantin tədbirlərinə riayət etməliyik”,- M.Məmmədli vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam