Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiya keçmiş əfqan komandoları müharibəyə cəlb edir... -“Bu, döyüş meydanındakı vəziyyəti dəyişə bilər”

Yenixeber.org: Bu barədə ABŞ-ın “ForeignPolicy” nəşri Əfqanıstansilahlı qüvvələrivə təhlükəsizlikxidmətlərindəkimənbələrinə istinadlaməlumatyayıb.

Xəbərdə qeyd olunur ki, bu hərbçilər 20 ilə yaxın ABŞ və onun digər müttəfiqlərinin xüsusi təyinatlılarıyla birlikdə Talibana qarşı döyüşüblər. Bu hərbçilərin Rusiyanın Ukraynadakı döyüş meydanında öz məqsədlərinə çatmasında həlledici rol oynaya biləcəyi vurğulanır.

Qeyd olunur ki, ABŞ Əfqanıstan komandolarının yaradılmasına və təlimlərə təxminən 90 milyard dollar pul xərcləyib. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin və Britaniya Xüsusi Hava Xidmətinin təlimlərində iştirak ediblər.

Nəşrin hesablamalarına görə, hazırda Əfqanıstanda və sərhəd ölkələrdə təxminən 20-30 min nəfər əfqan döyüşçü qalıb. Taliban hakimiyyətə gəlikdən sonra yalnız bir neçə yüz nəfər yüksək rütbəli zabitin evakuasiya edildiyi bildirilir. Hazırda onların bir çoxu ABŞ və Böyük Britaniyaya təxliyə olunmağı gözləyirlər. Lakin Rusiyada bir tərəfdən onları müharibəyə cəlb etməyə çalışır.

Əfqan xüsusi təyinatlılarının keçmiş zabiti bildirib ki, Əfqanıstan xüsusi təyinatlılarının müharibəyə cəlb edilməsinin arxasında “Vaqner” təşkilatı dayanır: “Əfqanların müharibəyə qoşulması, döyüş meydanındakı vəziyyəti dəyişəcək. Ancaq əfqanlar ruslar üçün döyüşmək istəmirlər. Çünki ruslar düşməndir. Amma onların başqa çarələri də yoxdur”.

Bir neçə əfqan komando “WhatsApp” və “Signal” sosial şəbəkələri vasitəsilə Ukraynaya döyüşmyə getdiklərini bidiriblər. Rusiyanın təxminən 10 minə yaxın əfqan döyüşçünü müharibəyə cəlb etmək istədiyi bildirilir.

Müharibəyə cəlb edilənlərin Tehran Hərbi Komissarlğıyla əlaqə quraraq, Əfqanıstandan İrana, oradan isə Rusiyaya aparıldıqları bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam