Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” -Türkiyənin müdafiə naziri

Yenixeber.org: Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur” - o bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir: “Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir: “Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam