Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Qarabağın bərpasına Polşa şirkətlərini cəlb etməkdə maraqlıdır

 

"İşğaldan azad edilmiş ərazilərin bərpasına Polşa şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün mühüm istiqamətdir".

Yenixeber.org:  Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri Yusif Abdullayev bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.

"İnvestisiyalar baxımından Polşa şirkətlərini Azərbaycanda görmək bizim üçün zəruridir. Həmçinin, Polşa şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb etmək də bizim üçün mühüm əhəmiyyət kəsb edir", - o bildirib.

AZPROMO rəhbəri ölkələr arasında əlaqələrin fəal inkişaf etdiyini, ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan Polşaya ixracın artdığını vurğulayıb.

Y.Abdullayev Azərbaycanda Polşa Ticarət Evinin və Polşada isə Azərbaycanın Ticarət Nümayəndəliyinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam