Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanda son 5 ildə 41 vergi əməkdaşı işdən kənarlaşdırılıb

 

Son 5 ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 41 nəfər vergi orqanı əməkdaşının xidmətinə xitam verilib.

Yenixeber.org: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  xəbər verilir ki, bunu qurumun Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov bildirib.

O həmçinin deyib ki, 33 əməkdaş barədə toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

"Korrupsiya ilə əlaqədar aşkar olunmuş hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir", - deyə o, qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam