Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənistan Azərbaycana on milyardlarla dollar təzminat ödəməli olacaq

 

İşğalın Azərbaycana vurduğu ilkin ziyan bəlli oldu - Təzminat davası nə vaxt açılır?

Yenixeber.org: Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib. Bu rəqəm srağagün Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin 1988-ci ildən indiyədək Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlər mövzusunda keçirdiyi birgə brifinqdə açıqlanıb.

Qeyd olunub ki, dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində baş verib. Bundan əlavə, brifinqdə bildirilib ki, 6 şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub. Həmçinin qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən 19 nəfər axtarışa verilib, habelə işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 166 hüquqi şəxs barəsində 35 ölkəyə hüquqi müraciətlər göndərilib.

Beləcə, işğal nəticəsində Azərbaycana dəyən ilkin maddi ziyan bəlli oldu. Əslində, qat-qat böyük bir məbləğdən söhbət getməlidir və gedəcək. Çünki yüzlərlə yaşayış məntəqəmiz yerlə bir edilib.

Bəs təzminat davamız nə vaxt açılacaq və Ermənistanın vurduğu ziyanı ona ödətdirə biləcəyikmi?

Politoloq Anar Əliyev "Yeni TV"-nin canlı yayımında

Anar Əliyev

Politoloq Anar Əliyev bildirdi ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Xarici İşlər Nazirliyinin birgə açıqlamasında göstərilən məbləğ  daha çox ekoloji terrorun nəticələri və təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı Ermənistanın Azərbaycan vurduğu zərərin məbləğidir: “Əslində Ermənistan ordusunun və qanunsuz hərbi birləşmələrin Azərbaycana qarşı həyata keçirdiyi müharibə, terror nəticəsində Azərbaycana yüz milyardlarla dollar miqyasında zərər vurulub. Eyni zamanda minlərlə insanımız öldürülüb, şikəst edilib, itkin düşüb, 20-ci əsrin ən böyük müharibə cinayətlərindən olan Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilib. Bütün bunların maddi dəyəri məbləğlə, rəqəmlərlə ölçülə, ölçüyə gələ bilməz.

Həmçinin bəllidir ki, Azərbaycanın yüzlərlə kəndi, qəsəbəsi, şəhəri Ermənistan tərəfindən işğal zamanı darmadağın edilib, talan olunub, yüz minlərlə vətəndaşımızın mülkiyyəti məhv edilib, ermənilər tərəfindən qəsb edilib. Bütün bunlar isə yüz milyardlarla ölçülə biləcək zərərdir. Hesab edirəm ki, Azərbaycan dövləti, müvafiq qurumlar bu istiqamətdə də araşdırmalarını davam etdirirlər, bununla bağlı da yaxın günlərdə Azərbaycan ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə dəqiq rəqəmlərlə ifadə olunacaq məlumatlar açıqlanacaq.

Azərbaycan Ermənistana qarşı təzminat davasını və bu istiqamətdə fəaliyyətini bir qədər sürətləndirməlidir. Artıq müharibənin başa çatmasından və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və işğal faktını aradan qaldırmasından 2 il vaxt keçir. Bu müddət ərzində Azərbaycan kifayət qədər real addımlar atıb, Azərbaycana vurulmuş maddi, mənəvi zərərlərin qiymətləndirilməsi ilə bağlı ciddi işlər görülüb. Bununla bağlı beynəlxalq məhkəmələrdə Azərbaycanın haqq davasının qaldırılması zamanı yetişib. Məndə olan məlumatlara görə, bu istiqamətdə də proseslər artıq başlamaqdadır. Beynəlxalq məhkəmələrdə Azərbaycan Ermənistana qarşı iddialar qaldırır və bu iddiaların təmin edilməsi istiqamətində bütün hüquqi prosedurlar ardıcıl olaraq həyata keçirilir".

Ekspertin sözlərinə görə, Ermənistanın məhz işğal siyasəti nəticəsində Azərbaycana vurduğu maddi zərərlərin ödənilməsi ilə bağlı kifayət qədər əlimizdə hüquqi prosedurlar, əsaslar mövcuddur: “Beynəlxalq hüququn imkan verdiyi müxtəlif konvensiyaların, məsələn, Cenevrə konvensiyasının tələblərindən irəli gələrək Azərbaycan təzminatın ödənilməsi üçün mübarizəsini davam etdirib praktik nəticələr əldə etmək imkanına sahibdir. Eyni zamanda, beynəlxalq təcrübə də imkan verir ki, indiyə qədər Ermənistanın törətdiyi və cəzasız qaldığı cinayətlərin beynəlxalq araşdırılması və real hüquqi qiymətinin verilərək İrəvanın təzminat ödəməsinə nail ola bilək.

Məsələn, faşist Almaniyasının cinayətləri nəticəsində ayrı-ayrı dövlətlərə vurulmuş zərərlərin qarşılığında tələb edilən və nail olunan təzminatları nümunə kimi qeyd etmək istəyirəm. Digər praktiki nümunələr də var ki, artıq beynəlxalq presedent yaranıb. Bu presedentdən istifadə edərək Azərbaycan da öz haqq mübarizəsini daha aktiv şəkildə davam etdirməli və Ermənistanın vurduğu zərərlərin qarşılığı olaraq təzminatın ödənilməsinə nail olmalıdır. Beynəlxalq humanitar hüquq və Azərbaycanın mövcud qanunvericiliyi buna tamamilə imkan verir. Hesab edirəm ki, Azərbaycan bu imkanlardan istifadə etməklə Ermənistanı ciddi şəkildə cəzalandıracaq".

A.Əliyev qeyd etdi ki, Ermənistanın müəyyən edilən məbləğləri ödəmə imkanında olub-olmaması isə artıq başqa bir mövzudur. “Ödəmək imkanı olmadığı halda bunun üçün də fərqli beynəlxalq təcrübələr mövcuddur. Ödənilə bilməyəcək məbləğin qarşılığında ərazilərin müəyyən hissəsinin qarşı tərəfə təzminat əvəzinə ödənilməsi variantına da hüquq imkan verir. Beynəlxalq təcrübədə də buna rast gəlinir”.


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam