Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Azərbaycanla qaz sazişi dondurulmayacaq..." -Avropa İttifaqı erməni lobbsini məyus etdi

Yenixeber.org: Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib. 

Borrel bütün xristian siyasətçilər kimi ermənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmada Bakını günahlandırsa da, deputatlar onun tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar. Borrel isə cavabında bunun baş verməyəcəyini deyib. İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı.

“Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

O, Avropa Komissiyası sədrinin Bakıyla qaz sazişi imzalayarkən prinsipləri pozmadığını, güzəştlərə getmədiyini söyləyib.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz satır və bu il imzalanmış saziş sayəsində həcmdə ciddi artım olacaq – 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun qarşılığında heç bir siyasi güzəştə gedilməyib...” – deyə, o, vurğulayıb.

Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.

“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Başqa nə etməyimizi istəyirsiz? Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib.

Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün. Belə bir görüşün keçirilməsi haqda təklif iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrə görüşündə də səslənmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam