Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

VIII Bakı Beynəlxalq Kitab Sərgisində 200-dən çox yeni kitab təqdim olunacaq

 

Sabah Bakı Ekspo Mərkəzində öz işinə başlayacaq VIII Bakı Beynəlxalq Kitab Sərgisində ümumilikdə 109 nəşriyyatın iştirakı gözlənilir, 200-dən çox yeni kitabın təqdimatı olacaq.

Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Maarifli oktyabrın 4-də keçirilən mətbuat konfransında bildirib.

O, builki sərginin Şuşa ilinə həsr olunduğunu deyərək tədbirdə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyatın dəvət edildiyini söyləyib: "Qonaqlar arasında İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi tanınmış simalar var".

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi oktyabrın 9-dək davam edəcək sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq. Məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkədə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam