Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ƏFLATUN AMAŞOVA VƏZİFƏ VERİLDİ -Baş redaktor təyin edildi

Yenixeber.org: Ə.Amaşov artıq kollektivə təqdim edilib.

“Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib. 

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976-1978-ci illərdə hərbi xidmətdə olub.

1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.

1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.

1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.

1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.

2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.

Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.

Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.

2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.

2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.

2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam