Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ermənilərin təxribat xarakterli əməllərinə baxmayaraq Ağdamda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir

 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə xüsusi təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları zamanı düşmənin qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanmasını, heç bir standart, norma gözləməyərək əraziləri çox ciddi şəkildə minaladığı müəyyən olunub.

Yenixeber.org: Ermənilərin bütün təxribat xarakterli əməllərinə baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

Qeyd edək ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.
Nazirliyin müvafiq şöbəsindən verilən məlumata görə, Xüsusi riskli xilasetmə xidmətinin minatəmizləmə işilə məşğul olan əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam