Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Bu, strateji məğlubiyyətin başlanğıcıdır” -Strelkov panikadadır

Yenixeber.org: Bunu Donbasdakı separatçı hərəkatın ən fəal təşkilatçılarından biri, “dxr”-in sabiq “müdafiə naziri”, məşhur terrorçu İqor Strelkov(Qirkin) öz “Telegram” kanalında Xarkov istiqamətindəki döyüşləri şərh edərkən bildirib.

Strelkov Ukraynanın gözlənilməz hücumu səbəbindən panika içərisində yazdığı açıq sezilən paylaşımında bildirib ki, rus ordusu mümkün olan hər şeyi uduzub.

O, Kupyansk şəhərinin guya yalnız üçdə ikisinin rus ordusu tərəfindən təhvil verildiyini yazıb. Lakin eyni zamanda Ukrayna Ordusu qarşısından qaçan rus qoşunlarını da lağa qoyub.

Belə ki, Rusiya tərəfi qoşunların geri çəkilməsini “düzgün taktiki gediş” kimi izah edib və bildirib ki, qoşunlar Oskol çayının, yəni su maneəsinin digər tərəfinə keçərək, orada müdafiə xətti qurub. Qirkin bu izahata ironiya ilə belə şərh verib: “Məlumat üçün bildirim ki, ilin bu vaxtlarında Oskol çayını piyada keçmək olur. Demək olar ki, onun heç bir hissəsində hərbi texnikanın keçidi üçün maneə yoxdur. Cəbhənin geniş hissəsində davamlı operativ böhranın böyük məğlubiyyətə çevrildiyini müşahidə edirik. İndi söhbət yalnız onun dərinləşməsinin qarşısını almaqdan – operativ məğlubiyyətin strateji məğlubiyyətə keçməsinə imkan verməməkdən gedə bilər. Hansı ki, əslində o, artıq bu mərhələyə keçib. Təşəbbüs uğrunda savaşı artıq düşmən qazanıb. İndi söhbət ondan getməlidir ki, Ukrayna Silahlı Qüvvələrinin bizim böyük hərbi birləşmələrimizi mühasirəyə alıb, məhv etməsinə imkan verilməsin”.

Qirkin deyib ki, hadisələrin belə bir məcraya yönələcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Ukrayna Ordusu həmçinin, Liman və Lisiçansk şəhərləri istiqamətində də irəliləyib və Donetsk şəhəri hazırda güclü atəş altındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam