Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“AZƏRBAYCANLA DÜŞMƏNÇİLİK BİZİM ÜÇÜN TƏLƏDİR...” –Erməni deputatdan sensasiyalı çıxış

Yenixeber.org: Torosyanın bu bəyanatı Ermənistan cəmiyyətyindəki qatı millətçi kəsim və revanşist siyasi qüvvələr tərəfindən böyük etirazla qarşılanıb. Torosyan deyib ki, Azərbaycana qarşı düşmənçilik erməni cəmiyyəti üçün tələdir və “artsax”ın müstəqilliyinin nə zamansa tanınması mümkünsüzdür: “2020-ci ildən sonra yaranan status-kvo özündə təhlükələr gizlədir. Biz münaqişəni bitirmək, yoxsa sonsuza qədər öldürülmək təhlükəsi altında yaşamaq istəyirik? Bunun üçün düşmənçiliyi dərinləşdirmək yox, 30 il ərzində bu münaqişə nəticəsində erməni və Azərbaycan xalqlarına vurulan yaraları sağaltmaq lazımdır. Azərbaycan 1994-cü ildə yaralanıb - 25 min qurban verməklə və 600 min nəfərin qaçqın düşməsi ilə. Bəlkə, yalnız bizik qurbanlar verən? Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmalı deyilik. Dövlət ötən illərdə “artsax”ın müstəqilliyinə nail ola bilməməklə uğursuzluğa düçar oldu. Bu ideya özünü aldatmaq idi. “Artsax”ın müstəqilliyinin tanınması şansı yoxdur və heç zaman da olmayıb...”

Göründüyü kimi, zaman-zaman erməni cəmiyyətində vəziyyəti nisbətən adekvat dəyərləndirən şəxslər üzə çıxır. Bir şey dəqiqdir ki, ermənilərin arasında belələri nə qədər çox olsa, onların xalq kimi normal gələcəklərinə ümid də bir o qədər çox olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam