Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib

 

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib.

Yenixeber.org:  Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar” və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nda öz əksini tapıb.

Belə ki, ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşından yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:

- veno-arterial ekstrakorporal membran oksigenasiyanın (ECMO) aparılması;

- endovaskulyar olmayan, cərrahi yolla implantasiya olunmuş biventrikulyar dəstək cihazının (Biventricular support device) tətbiq edilməsi;

- qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşınadək şəxslər üçün meyarlar aşağıdakılardır:

- davamlı süni tənəffüsün aparılması;

- aortadaxili balon cihazının (Intra-aortic balloon pump) tətbiq edilməsi;

- arterial (Botal) axarından asılı olan kiçik və ya böyük qan dövranı (Ductal dependent pulmonary or systemic circulation). Axarın açıq vəziyyətinin stend və ya prostaqlandin infuziyası ilə təmin edilməsi vəziyyəti;

- hemodinamikaya ciddi təsir göstərən ürəyin anadangəlmə qüsuru, eyni zamanda bir neçə inotrop dərman vasitəsi və ya yüksək dozada tək inotrop dərman vasitəsindən istifadə;

- qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam