Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək

 

Sentyabrın 16-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək.

Yenixeber.org: Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak edəcəyi forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunacaq.

Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları və müxtəlif təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Biznes forumda müxtəlif qurumlararası görüşlər də keçiriləcək. Görüşlər 7 sektor üzrə təşkil olunacaq. Müzakirələrdə tikinti (yaşıl infrastruktur), kənd təsərrüfatı və qida, bərpa olunan enerji, yüngül sənaye (toxuculuq, maşınqayırma, ehtiyat hissələri), turizm, mədənçıxarma və informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətləşmələr aparacaq. Eyni zamanda razılaşdırılmış sahələr üzrə yeni əməkdaşlıqlar və investisiyalar üzrə müzakirələr keçiriləcək.

Forumda xüsusən Türkiyə şirkətlərinin yaxından içtirak edəcəyi bildirilir. Bu mənada bərpa olunan enerji ilə bağlı müxtəlif danışıqların davam etdiyi məlumdur. Daha əvvəl Azərbaycanda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bununla bağlı anons verib. “Azərbaycanın bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var. Xüsusən işğaldan azad edilmiş Qarabağda yaşıl enerji hədəfləri mövcuddur. Türkiyədə bu sahədə təcrübəsi olan şirkətlərin rəsmiləri Azərbaycanda görüşlər keçirəcək, müzakirələr aparacaqlar”, - nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam