Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Prezident:"Azərbaycanla BƏƏ arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur"

 

"Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur".

Yenixeber.org: Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlətlərarası əlaqələrin möhkəmlənməsində Al Nəhyanın şəxsi töhfəsinin xüsusi vurğulandığı məktubda deyilir: “Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğunu vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam