Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Vahid Elektron Xidmətlər Portalına daha 3 yeni xidmət inteqrasiya olunub

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına (

https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.

Yenixeber.org: Bu barədə nazirlik məlumat yayıb.

Bununla da, portalda təqdim edilən xidmətlərin sayı 15-ə çatıb.

Sonuncu inteqrasiya nəticəsində nazirliyə məxsus “Aztelekom” MMC-nin 2, “Azərpoçt” MMC-nin 1 yeni xidməti portala əlavə edilib. Bunlar “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc”, “Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” və “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidmətləridir.

Vətəndaş “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc” xidmətindən istifadə edərək adına olan telefon nömrəsi ilə əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borclar haqqında məlumat əldə edə bilər.

“Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” xidməti vasitəsilə istifadəçi əvvəlcə adına olan şəhərdaxili nömrə və ya nömrələri əldə edir. Daha sonra hər nömrə üzrə ay ərzində zəng edilən nömrələr, zənglərin tarixi, danışıq müddəti, məbləğ və ödəmə qəbzləri barədə məlumat ala bilər.

“Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidməti ada uyğun axtarış edərək ölkə üzrə həmin adda küçələrin yerləşdiyi şəhər və ya rayon, orada yerləşən ev nömrələri, küçə şifri və poçt indeksi haqda məlumat almaq imkanı verir.

RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi həmin xidmətlər vahid portalda toplanılır.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam