Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

"Bu ilin sonunadək bütün döyüş texnikaları vahid sistemə çevriləcək" -MN

 

Bu ilin sonunadək bütün döyüş texnikaları vahid sistemə çevriləcək.

Yenixeber.org: Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib.

İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.

Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.

Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bu ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.

Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Bu ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam