Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb

 

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb.

Yenixeber.org: Kinostudiyadan bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir.

Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur.

Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam