Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

BNA:"25 müntəzəm marşrut xətti üzrə gecikmələr var"

 

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 25 müntəzəm marşrut xətti üzrə 62 avtobusun hərəkət intervalında gecikmələr var.

Yenixeber.org:  Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Bakı – Sumqayıt şossesində – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində və əks istiqamətdə, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinə qədər sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəlii müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə edilir.

Eyni zamanda, Zabrat şossesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmələrin olduğu qeyd olunub

Bildirilib ki, hazırda Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqə gecikmə müşahidə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam