Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BNA:"52 müntəzəm marşrut xətti üzrə 148 avtobusun hərəkəti gecikir"

 

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 19 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 52 müntəzəm marşrut xətti üzrə 148 avtobusun hərəkət intervalından gecikmələr var.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqəyə gecikmə müşahidə olunur.

2. Qara Qarayev prospekti Ziya Bünyadov prospekti istiqamətində 1, 7A, 11, 15, 44 və 62 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar 11-15 dəqiqə gecikmə ilə hərəkət edir.

3. Bakı-Sumqayıt şossesində-Şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində isə 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervalda 11-16 dəqiqə gecikmə var.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə-köməkçi yoldakı nəqliyyat sıxlığı isə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikməyə səbəb olub.

5. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallar 10-14 ləngiyir

6. Binəqədi şossesi-Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslararası intervallarda gecikmə 9-12 dəqiqədir.

7. Mehdi Hüseyn küçəsi hər iki istiqamətdə 6, 18 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqəyə gecikmə var.

8. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqəyə gecikmə müşahidə olunur.

9. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 11-15 dəqiqəyə gecikmə ilə hərəkət edir.

10. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə yaranıb.

11. Abdulla Şaiq küçəsi İnşaatçılar prospekti istiqamətində 3, 17, 14, 37 və 96, nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

12. Abbasqulu ağa Bakıxanov küçəsi-Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə var.

13. Zabrat Şossesi-Maşdağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

14. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli avtobuslararası interval 11-15 dəqiqə gecikir.

15. Yavər Əliyev küçəsi Aeroport şossesi istiqamətində 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

16. Koroğlu Rəhimov küçəsi-hər iki istiqamətində sıxlıq səbəbindən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqəyə gecikmə müşahidə olunur.

17. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıqla əlaqədar 5 və 11 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqəyə gecikmə var.

18. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur.

19. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində 11 və 199 N-li müntəzəm marşrut xəttləri üzrə avtobuslar 10-11 dəqiqə gecikmə ilə hərəkət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam