Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər edib.
Dövlət Komitəsindən verilən məlumata görə, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.
Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam