Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Bu gün erməni xalqı seçim etməlidir

 

“Bu günlərdə İrəvanda yenidən əsl tarixləri haqqında düşünməli olublar. Yenə də Azərbaycanın sayəsində”.

Yenixeber.org: Bunu politoloq Fuad Axundov deyib.

O xatırladıb ki, iyulun 5-də Bakıda İrəvanın tarixi mərkəzindəki Təpəbaşı məhəlləsinin taleyindən bəhs edən sənədli film və kitabın təqdimatı keçirilib:

“Ermənistanın paytaxtındakı digər 2 000 toponim və hidronim kimi, bu məhəllənin adı da dəyişdirilərək ermənicə “Kond” adlandırılıb. Azərbaycanın bir sıra elm və ictimaiyyət xadimləri Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılması prosesi ilə əlaqədar UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar”.

“Bununla əlaqədar Ermənistanda isteriya yaranıb. Əslində, bu, güclü dejavü hissi yaradır, çünki eyni şəkildə Bakı şəhərində Şuşa, Ağdam, Füzuli şəhərlərinin tarixini xatırladanda da İrəvanda qəzəblənirdilər... Amma indi bütün dünya Livan dövlətinin ərazisi qədər olan bu və digər şəhər və kəndlərə nələr edildiyini görüb.

Buna görə də erməni isteblişmentinin həm Təpəbaşı məhəlləsində aparılan tikinti işlərinə, həm də məhəllənin azərbaycanlılar tərəfindən öyrənilməsinə reaksiyası mahiyyətcə siyasi adekvatlıqla bağlı sınaqdır”, - F.Axundov bəyan edib.

Politoloq qeyd edib ki, erməni millətçilərin fikrincə, İrəvanın tarixi Roma şəhərindən də qədimdir:

“Amma şəhərin panoraması sovet dönəminin memarlıq xüsusiyyətinə malikdir. Hər birimiz bilirik ki, Cənubi Qafqazın “sovetləşdirilməsi”ndən əvvəl onun yerində, yəni Ermənistanın indiki paytaxtının – Azərbaycanın tarixi İrəvan şəhərinin tarixi hissəsində İrəvan qalası yerləşirdi. Bu barədə dəfələrlə danışmışıq. Amma bütün tarixi tikililər qəsdən və sistemli şəkildə dağıdılıb”.

Ekspert əlavə edib ki, Ermənistan hakimiyyəti tərəfindən “Kond” adına dəyişdirilən, qədim İrəvanın son guşəsi olan Təpəbaşı məhəlləsi barbarlıqla həyata keçirilmiş “yenidənqurma” və “abadlıq” işlərindən sonra belə salamat qalıb:

“Amma indi artıq ona da çatıblar. Belə ki, burada tikinti işlərinə start verilib. Bu, qədim İrəvanın son guşəsini məhv edəcək”.

“İndisə yaxın keçmişdə baş vermiş hadisələri xatırlayaq. 2011-ci ildə İrəvan qalasının 500 illiyi qeyd olunmuşdu. Bu tədbir zamanı Ermənistan tərəfinə bir sual ünvanlamışdım: orta əsrlərə aid İrəvan haradadır? Məsələn, Bakıda və Tbilisidə İçərişəhər və Narınqala kimi tarixi mərkəzlər, qalalar var”, - F.Axundov bildirib. Amma o, bu suala indiyədək cavab verilmədiyini əlavə edib.

Onun sözlərinə görə, əvəzində, qara lətifələrdə olduğu kimi, bir neçə həftədən sonra İrəvanda şəhərin qədim hissəsinin “yenidən qurulması” ilə bağlı bəyanat verildi:

“Onlar xüsusi proqram qəbul etdilər. Bu proqram 19-cu və 20-ci əsrin əvvəllərinə aid evləri kiçik bir ərazidə yığmaq məqsədi daşıyırdı. Onlar İrəvanda Türkmənçay müqaviləsindən daha qədim tarixə malik, müsəlmanlara aid olmayan tarixi tikili belə tapmağa cəhd göstərmədilər. Tarixi mərkəzin və “qədim şəhərin” bərpasına kömək etməklə, köhnə planlar, xəritələr, fotoşəkillər təqdim etməklə bağlı təklifimə İrəvanda acı və istehzalı cavab vermişdilər. Bu layihə elə sənəd üzərində qaldı”.

F.Axundov vurğulayıb ki, indi Ermənistanın tarixi şansı var:

“Bakıda Təpəbaşı ilə bağlı araşdırma təqdim edilməklə əslində, Ermənistan hakimiyyətinə tarixi şans verildi. Yəni, onlara xatırladılıb ki, Ermənistanın paytaxtında hələ də köhnə şəhərin bir parçası – “Kond” adlandırılan Təpəbaşı məhəlləsi, XVII-XVIII əsrlərə aid evlər, daha doğrusu, onların qalıqları, məscidlərin salamat qalan hissələri, hamamlar var...”.

“Əlbəttə ki, burada artıq “Şərqin füsünkarlığı” yoxdur. Ənənəvi memarlıq Ermənistan hakimiyyətinin “kreativliyi” nəticəsində ciddi şəkildə korlanıb. Burada hündürmərtəbəli binaların damlarında “naxalstroy” üslubunda bütöv küçələr belə salıblar. Amma köhnə şəhərin bu qalığını bərpa etmək mümkündür. Hətta onun turistlər üçün də cəlbedici etmək olar. Üstəlik, bu məhəllə, adından da göründüyü kimi, təpənin üstündə yerləşir və buradan İrəvana gözəl mənzərəsi açılır. Əgər İrəvan şəhərinin rəhbərliyi köhnə şəhəri xatırladan bir məkana sahib olmaq istəyirsə, bu, Təpəbaşı məhəlləsidir. Amma bunun üçün kiçik bir şey lazımdır: paytaxtlarının əsl tarixini qəbul etməlidirlər. Bundan başqa, onlar Azərbaycanın mədəni irsinə qarşı “mağara nifrəti”ndən qurtulmalıdırlar. Belə bir vəziyyətdə Ermənistan üçün Təpəbaşı məhəlləsinin tarixinin azərbaycanlılar tərəfindən tədqiqi, əslində, keçmişə münasibət yox, gələcəyin seçiminə çevrilir. Əgər həqiqətən də İrəvanda köhnə şəhər yaratmaq istəyirlərsə, azərbaycanlıların araşdırmaları - tarixi fotoşəkillər, köhnə xəritələr, planlar və sair ilə - şəhərin rəhbərliyi üçün qiymətli materialdır. Yox, əgər Ermənistan Təpəbaşı məhəlləsində “tikinti işləri”ni davam etdirərsə, o, mağara təfəkkürlü azərbaycanofobiyadan qurtulmaq üçün bu tarixi şans əldən verəcək”, - politoloq bildirib.

O, şəhərlərin böyüyərək inkişaf etdiyini söyləyib:

“Lakin onların qədim memarlığı qorunur. Üstəlik, şəhərin tarixi mərkəzi toxunulmaz saxlanılmağa çalışılır. Hətta bu hissə mübahisəli tarixi hadisələrə şahidlik etsə belə. Məsələn, ABŞ-da Nyu-Meksiko ştatı var. ABŞ bu ərazi uğrunda Meksika ilə müharibə aparmışdı. Orada Santa-Fe şəhəri var. Amerikalılar bu şəhərdə köhnə Meksika memarlığının qorunmasına böyük səy göstərirlər. Yaxud postsovet ölkələrindən olan turistlərin sevimli istiqaməti olan Bodrumu misal göstərək. Burada səlibçilər tərəfindən tikilmiş Müqəddəs Pyotr qalası var. Onun tikintisi üçün səlibçilər dünyanın yeddi möcüzəsindən biri olan Mavsol və Artemisiya məqbərəsini dağıdıblar. Amma nə Osmanlı imperiyası dövründə, nə də sonralar Türkiyə Cümhuriyyətində bu qalanı “kiçiltmək” heç kimin ağlına gəlməyib. Qüdsü də misal göstərmək olar. Onun tarixi divarları Yaxın Şərq regionunun Osmanlı imperiyasının tərkibində olan zaman tikilib. Amma mənfi nümunələr də var: Əfqanıstanda Budda heykəllərinin güllələnməsi, Palmiranın partladılması, alman təcavüzkarlar tərəfindən Varşavanın dağıdılması. İndisə Təpəbaşı məhəlləsinin dar küçələrindəki erməni xalqı hansı düşərgədə olmaları ilə bağlı seçim etməli olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam