Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

SOCAR gələcəkdə Ukraynaya investisiyaların həcmini artırmağı planlaşdırır

 

"Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Azərbaycanın yanacaqdoldurma stansiyaları şəbəkəsi olan “SOCAR Energy Ukraine” iri layihələrə investisiyaları bərpa etməyi planlaşdırır".

Yenixeber.org: Bu barədə “SOCAR Energy Ukraine” yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlov Ukrayna KİV-inə müsahibəsində deyib.

“Biz Ukraynada şəbəkənin daha da inkişaf edəcəyinə ümidvarıq”, - o deyib.

İ.Orlovun sözlərinə görə, “SOCAR Energy Ukraine” 2021-ci ili müsbət maliyyə nəticəsi ilə başa vurub.

“2022-ci ildə daha pis olacağını gözləyirik. Nə qədər? Bu, hərbi əməliyyatların gedişindən və ölkədəki vəziyyətdən asılı olacaq. Gəlirlərə neft məhsullarının qiymətlərinin, logistika xərclərinin artması və satışın azalması təsir edir. Vəziyyəti sabitləşdirmək üçün xərcləri, təxminən, 50% azaltmışıq.

Stansiyaların saxlanması, təmir xərcləri azaldılıb, bir sıra investisiya layihələri təxirə salınıb. İndi ancaq xeyriyyə layihələri həyata keçiririk, məsələn, İrpendə məktəbi bərpa edirik.

Ölkədə qalıb işləməyə davam edən əməkdaşlarımız qarşısında bütün öhdəlikləri yerinə yetiririk. İndi yanacaqdoldurma məntəqələrimizdə 1 000-ə yaxın insan işləyir, müharibədən əvvəl isə say 1 457 nəfər idi. Onlardan 80-i səfərbər olub. Biz onların işini saxlayırıq və maaş ödəməyə davam edirik. 400 nəfər ölkəni tərk edib və ya işləməkdən imtina edib”, - İ.Orlov bildirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Neft” şəbəkəsinin 20-yə yaxın yanacaqdoldurma məntəqəsini, həmçinin Odessa vilayətindəki iri “Rassvet” neft bazasını satın alıb. 2010-2011-ci illərdə isə ONIO (Kiyev və vilayətdə dörd yanacaqdoldurma məntəqəsi) və GFC (Lvov vilayəti) yanacaqdoldurma şəbəkələrinə nəzarəti ələ keçirib.

2012-ci ilin avqustunda SOCAR Ukraynanın Antiinhisar Komitəsindən “Kalina” qrupunun 26 yanacaqdoldurma məntəqəsi və bir neft bazasını almaq üçün icazə alıb. Şəbəkə Ukraynada 57 yanacaqdoldurma məntəqəsini, o cümlədən iki neft bunkerini - Kiyevdə “Bakı-1” və Odessada “Gəncə”ni idarə edir. 2016-cı ilin sonundan şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğuldur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam