Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

DİM:"136 abituriyentin imtahan nəticələrində dəyişiklik edilib"

 

Mayın 21-22-də və iyunun 4-5-də keçirilmiş I-IV qruplar üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasının nəticələri açıqlanıb.

Yenixeber.org:  Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, həmin qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasına 971 abituriyent ərizə ilə müraciət edib.

Bu ərizələrdə ümumilikdə 1540 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Qeyd edək ki, bu imtahanlarda abituriyentlərin ümumilikdə 732861 yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.21%-ni təşkil edib.

Daxil olan müraciətlər araşdırılıb və abituriyentlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 265 nəfərlə videogörüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 706 (onlardan 35-ə yaxın abituriyent dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə isə telefonla əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 136 abituriyentin (bütün imtahan verənlərin 0,17%-i) cəmi 142 tapşırıq (bütün tapşırıqların 0,02%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 14 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Əlavə olaraq bildiririk ki, 5 iyun 2022-ci il tarixində I ixtisas qrupu üzrə keçirilən imtahanda riyaziyyat fənninə aid 1 (bir) tapşırığın şərtində qeyri-korrektliyə yol verildiyi aşkar olunub. Buna görə də Apellyasiya Komissiyasının üzvləri tərəfindən həmin test tapşırığının komissiyaya müraciət edib-etməməsindən asılı olmayaraq abituriyentlərin xeyrinə, onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də abituriyentlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.

Xatırladaq ki, bu imtahanlarda 81429 abituriyent iştirak edib və onların ümumilikdə 732861 tapşırıq üzrə yazı işi yoxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam