Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vergi rəsmisi:"ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var"

 

"Son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur".

Yenixeber.org: Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib.

Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər.

"Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır", - deyə vergi rəsmisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam