Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Prezident Pakistan Senatının sədrini qəbul edib

Prezident Pakistan Senatının sədrini qəbul edib  - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.
Yenixeber.org: Görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib.

Dövlətimizin başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğulayıb.

Pakistan İslam Respublikası Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edilib. Həmçinin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi-ticari sahələrdə əməkdaşlığımızın genişləndirilməsinin, birbaşa hava əlaqəsinin bərpasının önəmi bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam