NİYAZI SƏFƏROVA YENİ VƏZİFƏ VERİLDİ -Nazirin müşaviri təyin edildi
İyunun 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilən Niyazi Səfərova yeni vəzifə verib.
Yenixeber.org: Hökumətdəki mənbələrdən verilən məlumata görə, nazir Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.
Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf nazirinin müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.