Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

İƏT-in sessiya iştirakçıları Qarabağa getdi

İƏT-in sessiya iştirakçıları Qarabağa getdi
İyunun 29-da İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Yenixeber.org: Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, İƏT nümayəndələri müasir standartlara cavab verən, turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən onlara məlumat verilib ki, qısa müddətdə inşa edilən beynəlxalq hava limanı Füzulinin, eləcə də regional turizmin və bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayacaq. Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçirəcəklər.

Onlar, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək qədim tikililər və buradakı İslam irsi abidələrini ziyarət edəcəklər, şəhərin turizm potensialı ilə yaxından tanış olacaqlar. Xatırladaq ki, iyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.



“Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam