Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda məktəb direktorları şagird sayına görə təyinat ala bilər

 

Azərbaycanda məktəb direktorları şagird sayına görə təyinat ala bilər.

Yenixeber.org: Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda 600-ə yaxın ümumtəhsil müəssisəsinin rəhbəri vəzifəsi vakantdır: "Məktəb direktoru olmaq istəyənlərin sayı çoxdur, lakin Təhsil Nazirliyinin kriteriyalarına və meyarlarına uyğun şəxslərin müəyyənləşməsi əsasdır. Biz həqiqətən də layiqli namizədlərin məktəb direktoru vəzifəsinə təyinatını istəyirik”.

Nazir bildirib ki, məktəb rəhbərlərinin təyinatı məsələsində şagird sayına görə müxtəlif fərqli seçim qaydalarının tətbiqi nəzərdə tutulub: “Məsələn, daha kiçik məktəblərdə həmin ərazinin, kəndin sakini olan, yaxud da ora yaxın yaşayan bir insanın məktəb direktoru olması və kollektivin iştirakı ilə prosesin həyata keçirilməsini, daha böyük məktəblərdə isə şagird sayı böyüdükcə, işin yükü artdıqca nisbətən daha mürəkkəb və daha çox mərhələli modellərin tətbiqini planlaşdırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam