Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Məktəb direktoru və 15 şagird edam olunacaq -Fotolar


Məktəb direktoru və 15 şagird edam olunacaq

Gənc qızı əvvəl təcavüz edib daha sonra yandırdıqları üçün 16 nəfər edam olunacaq.

Yenixeber.org: Bu tükürpədici hadisə Banqladeşdə baş verib.

Ölkənin Fen şəhərindəki məktəbin direktorunun sifarişi ilə yandırılan Nusrət Cahan Rafi adlı qız xəstəxanada aparılan müalicəyə rəğmən vəfat edib.

Bu işlə bağlı aparılan məhkəmə prosesi zamanı məktəb direktoru Sirac Udovla ilə yanaşı hadisədə əli olan 15 nəfərin edamı haqqında qərar verilib.

Məktəb direktoru və 15 şagird edam olunacaq
Nusrət Cahan Rafi

İddiaya görə, hadisə bu ilin mart ayının 27-də məktəb direktorunun otağında baş verib. Direktorun təcavüzünə məruz qalan Nusrət Cahan Rafi vəziyyəti ailəsinə danışıb. Bundan sonra şagird qızın ailəsi məktəb direktorundan məhkəməyə şikayət edib. Hakim qarşısına çıxarılan məktəb direktoru həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Həbsdə olduğu müddətdə Nusrət Cahan Rafini öldürmək üçün planlar quran məktəb direktoru özünə yaxın şagirdləri yanına çağıraraq təlimat verib. Qız uşağını qətl etmək istəyən məktəb direktoru ölüm planını şagirdlərə anladıb. Məktəb direktoru ilə görüşün ardından - aprelin 6-da baş tutacaq sınaq imtahanından öncə məktəb qarşısında Rafini gözləyən şagirdlər onu insanların olmadığı bir sahəyə qaçıraraq yandırıblar. Hadisə yerində ağır yaralı halda tapılan məktəbli qız əvvəlcə Fen şəhər xəstəxanasında, daha sonra paytaxt Dakkada yerləşən xüsusi ixtisaslaşmış xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rafi aprelin 10-da xəstəxanada vəfat edib.

Məktəb direktoru və 15 şagird edam olunacaq
Nusrət Cahan Rafi və edam olunacaq şəxslər

Bu hadisə Banqladeşdə böyük hay-küy yaradıb və insanlar cinayətə etirazlarını ifadə etməyə başlayıblar. İctimai rəyin iqtidarın xeyrinə olmadığını görən Baş nazir Şeyx Hasina Rafinin ailəsini ziyarət edib. Baş nazir qısa müddət ərzində məhkəmə prosesinin başa çatdırılması və cinayətdə əli olanlara dəhşətli cəza veriləcəyini bildirib.

Hadisədən 61 gün sonra, bu gün məhkəmə qərarını açıqlayıb. Məhkəmə sədri Məmun Ur Rəşid məktəb direktoru da daxil olmaqla cinayətdə əli olan 16 nəfər haqqında edam hökmü verib.

Qeyd edək ki, məktəb direktoru istisna olmaqla edam ediləcək digər 15 nəfər məktəblidir.(reytinq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam