Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Son iki ildə Gürcüstanda azərbaycandilli -4 məktəb bağlanıb

Son iki ildə Gürcüstanda azərbaycandilli 4 məktəb bağlanıb

Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.

Yenixeber.org: Bu barədə  Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.

Tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.

İllik müqayisədə say baxımından 3 məktəb azalıb. Belə ki, ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub.

Son iki ilin göstəricilərinə nəzər salanda məlum olur ki, bu dövrdə qonşu ölkədə 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.

2020-2021-ci tədris ilində azərbaycandilli ictimai məktəblərdə 25 312 şagird təhsil alıb ki, bu da illik müqayisədə 356 nəfər çoxdur. Ən çox şagird (1 272 nəfər) Saqareco bələdiyyəsinin Yormuğanlı kənd məktəbində təhsil alıb. Ən az şagirdi olan məktəblər isə Tetritskaro bələdiyyəsinin Samqereti və Marneuli rayonunun Ağqula kəndlərindədir. Bu təhsil ocaqlarının hər birində 3 şagird olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam