Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mərkəzi Bankın hesabatından nələr görünür?

İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın 2022-ci ilin ilk rübü (yanvar-mart ayları) üzrə ödəmələr balansı statistikasına nəzər salıb.

Yenixeber.org: Ekspert yazır ki, maliyyə hesabında 1 milyard 196 milyon dollar defisit yaranıb: “Cari əməliyyatlar balansında neft-qaz gəlirlərinin kəskin artımı hesabına 3 milyard 953 milyon dollar artıqlıq yaransa da, ötən ilə nisbətən bu hesabın qeyri-neft kəsiri 235 milyon dollar böyüyərək 1,5 milyard dolları ötüb. Kəsirin belə böyüməsində idxalın 30 faizədək genişlənməsi əsas rol oynayıb.

Mərkəzi Bankın “balanslaşdırıcı maddə” saydığı, Beynəlxalq Valyuta Fondunun metodologiyasında isə “xalis xəta və səhvlər” kimi göstərilən maddə üzrə ölkədən xaricə 1 milyard 184 milyon dollar kapital çıxışı baş verib. 

Beynəlxalq təcrübədə bu maddə üzrə daxilolmalar və ya çıxışın obyektiv səbəblərlə baş verməsi mümkün olsa da, əksər hallarda uçota alına bilməyən (yaxud alınmayan) və ya nəzarətsiz kapital axınları hesabına baş verir. Ümumilikdə isə neft-qaz gəlirlərinin 2,1 dəfə artması ölkənin tədiyyə balansının ümumi saldosunu 1,5 milyard dollardan çox artıqlıqla başa vurmasına imkan yaradıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam