Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Heydər Əliyev Beynəlxalq Aeroportunda vizası saxta olan əcnəbilər saxlanlıb

  Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir

Yenixeber.org: DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, 2018-ci ilin may ayının 29-da DSX-nin sərhəd nəzarəti əməkdaş­larının sayıq­lığı və pe­şəkarlığı sayəsində xarici vətəndaşların saxta­laş­dırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb. Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sər­həd nəza­rəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə do­ğur­­ub, xüsusi laboratoriya şərai­tin­də dərinləş­di­ril­miş yoxlama nəti­cə­­sində şübhələrin əsaslı olması dəqiqləşdirilib. Belə ki, “Dubay-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı Pakistan İslam Res­­­­publikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vi­za­sının saxta olması müəyyən edilib. “Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin hə­ya­ta keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub. “İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təq­dim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olma­sı müəyyən edilib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam