Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Ukraynanın taxıl problemi belə həll olunacaq

Ukrayna taxılının Qara dəniz və boğazlar vasitəsilə dünya bazarlarına çatdırılması yaxın vaxtlarda başlaya bilər.

Yenixeber.org: Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Ankaraya planlaşdırılan səfəri zamanı müvafiq memorandumun imzalanması nəzərdə tutulur.

“Türkiyə tərəfi ümid edir ki, Lavrovun səfəri zamanı memorandum imzalanmaqla yekun qərar veriləcək, çatdırılmalara isə ən qısa zamanda başlanacaq. Əvvəlcə su ərazisini minalardan təmizləmək və dəhliz yaratmaq lazımdır”, – Ərdoğanın sözçüsü qeyd edib.

Kalın, həmçinin vurğulayıb ki, İstanbulda Ukrayna taxılının daşınmasına nəzarət edəcək taxıl mərkəzinin yaradılması ilə bağlı danışıqlar müsbət şəkildə davam edir:

“Rusiya tərəfi bu təşəbbüslərə mənfi reaksiya bildirməyib. Ukrayna tərəfi də bu təklifi ölkənin maraqlarına uyğun hesab edir. Yaxın günlərdə bu məsələ ilə bağlı konkret addımların atılması gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam