Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azaraq Azərbaycan ərazisinə keçmiş erməni əsgər geri qaytarılacaq

 

Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək.

Yenixeber.org: Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.

Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.

“Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib”, - mənbə yazır. (Caliber.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam