Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib

 

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.

Yenixeber.org: Bu barədə qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasında qəbul olunub.

İclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.

İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində Komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün Komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd edib.

Komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.

Komitənin üzv ölkələri Azərbaycanı təbrik ediblər. Üzv ölkələr Azərbatcanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam