Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın bank sektorunun aktivləri 40 milyard manatı keçib

 

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 40 149,2 milyon manat təşkil edib.

Yenixeber.org: Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 22,4 % çoxdur.

Bankların aktivlərinin 16 645,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41 %-dən 41,5 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,3 % artaraq 35 159,2 milyon manata, o cümlədən depozit portfeli 33,9 % artaraq 28 613,7 milyon manata çatıb. Bunun 10 340,4 milyon manatı fiziki, 18 273,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı saitləri 25,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 39 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 12,2 % azalaraq 326 milyon manat olub.

Sektorun balans kapitalı isə 5,5 % artaraq 4 990,0 milyon manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam