Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərsu”-da zərər 7.3 milyard manatı (!) keçib-HESABAT

Azərsu” ASC 2020-ci ili 323,222 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 45,45% azdır. Amma son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 4,6% artaraq 7 milyard 303 milyon manatı keçib. Bu haqda Səhmdar Cəmiyyətin maliyyə hesabatında deyilir.

Yenixeber.org: Hesabata əsasən ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 184,246 milyon manat (əvvəlki ilə nisbətən 4,55% az), satışlarının maya dəyəri 131,524 milyon manat (21,4% çox), inzibati xərcləri 40,432 milyon manat (29% çox), satış və paylanma xərcləri 117,024 milyon manat (13,5% çox), digər əməliyyat xərcləri 207,855 milyon manat (61,4% az), məzənnə fərqindən zərəri 15,508 milyon manat (16,4% çox), digər gəlirləri 7,846 milyon manat (35% az), maliyyə xərcləri 2,823 milyon manat (4,05% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 63 min manat (16,7% çox), mənfəət vergisi ödəmələri isə 85 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 000,837 milyon manat olub ki, bu da illik müqayisədə 9,75% çoxdur. 2020-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6% azalaraq 582,814 milyon manata düşüb, balans kapitalı isə 28,4% artaraq 418,023 milyon manata çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam