Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əhməd Vəliyevin bankı ağır durumda –9.8 milyonluq zərər

 

"Muğan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 587,224 milyon manat təşkil edib.

Yenixeber.org: Bankın maliyyə hesabatına istinadən məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 20,7% çoxdur.

"Muğan Bank”ın aktivlərinin 361,493 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. Son 1 ildə Bankın kredit portfeli 2,4% kiçilib.

Hesabat dövründə "Muğan Bank”ın cəmi öhdəlikləri 23,1% artaraq 517,323 milyon manata, o cümlədən depozit portfeli 29,9% artaraq 299,793 milyon manata, cəmi kapitalı isə 5,5% artaraq 59,901 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında "Muğan Bank”ın gəlirləri 28,853 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 13,4% çox), xərcləri 26,559 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 12,119 milyon manat (3,8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 9,825 milyon manat zərərlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 3,5 dəfə çoxdur.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Qeyd edək ki, “Muğan Bank” keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur.(qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam