Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qətər əmiri Almaniyada - İran və qaz müzakirə olundu

               Qətər əmiri Təmim bin Həməd əl-Tani bu gün Almaniyaya səfər edib.

Yenixeber.org: O, Belində Almaniya kansleri Olaf Şoltsla görüşüb. 

Görüş zamanı Almaniyaya mayeləşdirilmiş təbii qazın tədarük edilməsi, İranın nüvə sazişi və digər aktual məsələlər müzakirə olunub. 

Qətər əmiri nüvə sazişi ilə bağlı ABŞ və İran arasında razılığın əldə oluna biləcəyinə dair nikbinliyini ifadə edib və bu məsələdə kömək etməyə hazır olduğunu bildirib. 

“Ümid edirik ki, nüvə sazişinin tərəfləri arasında razılaşma olacaq və Qətər bu məsələnin həllində iştirak etməyə hazırdır”, - deyə Qətər əmiri Berlində birgə mətbuat konfransında qeyd edib.

İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondab İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub. Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

Almaniyanın "Handelsblatt" qəzetinin yazdığına görə, əmir 2024-cü ildə Qətərin mayeləşdirilmiş təbii qazını (LNG) Almaniyaya tədarük etməyə başlamaq planlarını təsdiqləyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam