Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib

Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin orta təhsili və attestatı olmayan təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanı işdən azad etmək direktorun səlahiyyətinə aiddir.

Yenixeber.org: Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir:

“Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.

Xatırladaq ki, məktəbin direktoru Almaz Həsrət direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmadığını bildirmişdi.

BŞTİ isə attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Qeyd edək ki, 3 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib. Orta təhsili olmadığı halda hələ də direktor müavini vəzifəsini icra edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam