Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakı məktəblərində işə qəbulun ikinci mərhələsi başlayıb

 

Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.

Yenixeber.org: İdarədən bildirilib ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilən imtahanlara ilk olaraq laborant vəzifəsinə işə qəbul üzrə namizədlər cəlb olunub. Laborant vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 570 nəfər iştirak edib.

Müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.

Laborant vəzifəsinə işə qəbul imtahanı mayın 7-də də davam edəcək. Həmçinin mayın 7-də kitabxanaçı, 8-də uşaq birliyi təşkilatı rəhbəri, 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Növbəti imtahanlarda qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir. İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam