Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər-FOTOLAR

                 Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir.

Yenixeber.org: Bu barədə Muğan büromuza məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: "Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı vəziyyətdədir. Burada hər an uçqun ola bilər".

Problemlə bağlı sözügedən məktəbdən bildirilib ki, şəhid Həmid Poladovun adını daşıyan Üçtəpə 2 nömrəli məktəb uyğunlaşdırılmış binada yerləşib: "Bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib.1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən məktəb fəaliyyətini davam etdirsə də təmir edilməyib. Hazırda məktəbin yararsız olması haqda müvafiq qurumlara məlumat verilib. Təhsil nazirliyindən məktəb binasına baxış da keçirilib və yeni məktəb binasının tikilməsi nəzərdə tutulub".

Qeyd edək ki, sözü gedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.(report)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam