Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Düşmənin təhsilə vurduğu ziyan: -Tərtərdə 3 məktəb binası yararsız vəziyyətdədir

 
Ötən ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Ermənistanın Tərtər rayonuna atdığı raket zərbələri nəticəsində 16 məktəb binasına ziyan dəyib. 3 məktəbin binası tamamilə yararsız vəziyyətdədir. Bunlar Düyərli, Şıxarx 1 saylı və 5 saylı ümumtəhsil məktəbləridir.
Yenixeber.org: Bu barədə açıqlamasında Tərtər rayon Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov bildirib. Onun sözlərinə görə, yararsız vəziyyətə düşən məktəblərin yerində yeni binalar tikilməlidir.

“Mütəxəssislər tərəfindən qiymətləndirmə işləri aparılır. Həmin məktəblərin şagirdləri digər məktəblərə yönəldilib. Düyərli kənd orta məktəbinin şagirdləri Yuxarı Sarıcalı kənd orta məktəbinə, Şıxarx 1 saylı məktəbin şagirdləri Şıxarx 2 saylı məktəbə, 5 saylı şəhər məktəbinin şagirdləri isə 1 saylı şəhər məktəbinə köçürülüb.

Digər 12 kənd məktəblərində təmir-bərpa işləri aparılıb və həmin məktəblərdə əyani tədris bərpa olunub. Hüsənli məktəbində fevralın 15-də təmir-bərpa işləri başa çatacaq. Bu məktəblərin şüşələri, qazanxana sistemi, akt zalı, sinif otaqlarına ziyan dəymişdi. Onlar qismən bərpa olunub. 1 saylı şəhər məktəbində yeni şüşələr salınıb, lakin binanın içərisində iş getməlidir. Çünki mərmi binanın daxilinə düşüb. Qalan məktəblərdə şüşə-pəncərələr yenilənib".

Y.Məhərrəmov qeyd edib ki, Şıxarx 1 saylı məktəblə Şıxarx 2 saylı məktəb arasında məsafə böyük olduğu üçün Təhsil Nazirliyi tərəfindən avtobus ayrılıb, şagirdlər evdən götürələrək məktəbə aparılır və geri qaytarılır.

“Dağılan 3 məktəbin şagirdləri digər məktəblərə köçürülsə də, əyani tədrisin bərpası zamanı sıxlıq müşahidə olunmur. Şagirdlər növbəli şəkildə dərsə gedirlər”, - deyə şöbə müdiri vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam