Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağdamın Şıxbabalı kəndində şəhid məzarları tapılıb?

Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndində üç şəhidin məzarı aşkarlanıb.

Yenixeber.org: Bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Məzarlar tamamilə dağıdılmış qəbiristanlıq ərazisinə baxış keçirildikdən sonra müəyyən edilib:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub.

Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! Onlar 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov bildirib ki, bu barədə rəsmi məlumat yoxdur:

“Məlumat olduğu təqdirdə ictimaiyyətə ətraflı xəbər veriləcək”.

Qeyd edək ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd 1993-cü ilin iyul ayında işğal edilib. 44 günlük Vətən müharibəsi zamanı 2021-ci ilin noyabr ayında - Ağdam rayonu düşməndən azad olunanda Şıxbabalı kəndi də azadlığına qovuşub.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam