Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndi-Ağdərə yoluna nəzarət edəcəyik - Fərrux kəndinin hərbi-strateji əhəmiyyəti

Xankəndi-Ağdərə yoluna nəzarət edəcəyik -    Fərrux kəndinin hərbi-strateji əhəmiyyəti 

             Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altındadır.
Yenixeber.org:  Azərbaycan Ordusu hazırda Qarabağda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Bununla da tarixi torpağımız olan Fərrux kəndi digər ərazilər kimi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Hərbi ekspertlərin fikrincə, Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan əhəmiyyətli ərazilərdən biridir. Həmin yüksəkliyin nəzarətimizə keçməsi mühüm önəm daşıyır. Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti tarixi qələbəsi kimi qiymətləndirilir.
Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu bildirib ki, Fərrux yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi həm Ağdam şəhəri, çay yatağı və 9-a yaxın kəndin təhlükəsizliyinin təmin edilməsi deməkdir.
"O cümlədən, Şelli, Şıxbabalı, Xoramırd, Xıdırlı, Abdal Gülablı və digər kəndlər üçün bu yüksəkliyin ermənilərdə olması böyük təhlükə idi. Orada bizim postlar olacaq. Fərrux yüksəkliyinin azad olunması ilə Ağdam şəhəri üçün təhlükə aradan qalxacaq. Gələcəkdə insanlarımız orada sərbəst şəkildə yaşaya biləcək. Daşbaşından, Fərrux yüksəkliyindən Xankəndi də görünür. Xocalı sanki ovuc içinə düşür. Eyni zamanda, Xankəndi-Ağdərə yolu da Azərbaycan Ordusunun nəzarətinə düşə bilər", - deyə Qarabağ qazisi vurğulayıb.
Qeyd edək ki, ilk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. 29 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəkliyə nəzərəti yenidən bərpa etməyi bacarıb.(modern)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam