Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşa ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə turizm mərkəzinə çevrilməkdədir

“Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə etdiyi hər bir səfər Qarabağda turizm sektorunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir".
Yenixeber.org: Bunu dövlət başçısının və xanımının Şuşaya son səfərini şərh edən turizm üzrə ekspert Aqil Ağalarov deyib.
Onun fikrincə, Azərbaycanın “Mədəniyyət paytaxtı”nda “Shusha Boutique Hotel”in inşa edilməsi, ölkə rəhbərliyinin bu işə xüsusi diqqət göstərməsi, Qarabağın turizm imkanlarının genişləndirməsi istiqamətində tapşırıqlar verməsi dövlətin bu sahəyə dəstəyi kimi qiymətləndirilməlidir.
“Bildiyiniz kimi, Qarabağ əsasən dağlıq və dağətəyi zonadır. Bu baxımdan Şuşa, Kəlbəcər və Laçında turizmin inkişafı üçün əlverişli şərait var. Hazırda Şuşada genişmiqyaslı təmir-bərpa işləri gedir, həmçinin bir neçə hotel tikilir ki, bunlar da bölgədə turizmin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
"Bu gün dövlət səviyyəsində Şuşa və Ağdama xüsusi avtobus reysləri təşkil olunur. Həmin reyslərə biletlərin tezliklə satılması Qarabağa maraq olmasını göstərir. Turizm sektorunun nümayəndəsi olaraq biz nəyinki yerli vətəndaşlardan, həmçinin xarici turistlərdən də Qarabağa səfərlərlə bağlı müraciətlər alırıq. Arzulayardıq ki, işğaldan azad edilmiş digər ərazilərimizdə də turizm infrastrukturu bərpa edilsin və belə turlar həmin regionlara da təşkil edilsin".
Dövlət Turizm Agentliyindən isə bildirilib ki, hazırda Şuşada bir neçə hotel istifadədir və yeni hotelin tikintisi turizm sahəsinin daha da inkişafına təkan verəcək: “İşğaldan azad olunan ərazilərimizdə turizmin inkişafı üçün ilkin olaraq infrastrukturunun yaradılması - hotellərin və turizm komplekslərinin tikintisi önəmli amildir. Şuşanın turizm potensialına uyğun olaraq turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Şuşa şəhərində artıq iki hotel – “Xarıbülbül” və “Qarabağ” hotelləri fəaliyyətdədir.
Həmçinin bölgədə aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsi kimi bu il Ağdamda müasir tələblərə cavab verən yeni hotelin, Suqovuşanda isə turizm kompleksinin təməli qoyulub.
Qarabağda işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərizndə azad olunan torpaqlarımızda turizm inkişaf edəcək və bu sahə həmin ərazilərin dirçəlməsində əhəmiyyətli yerlərdən birini tutacaq. Ümumilikdə, 2025-ci ilə qədər işğaldan azad edilmiş ərazilərə bir milyona yaxın yerli və xarici turistin səfər edəcəyi proqnozlaşdırılıb.
Dövlət Turizm Agentliyi işğaldan azad olunmuş ərazilərin turizm potensialını öyrənir, qiymətləndirir və bunlara əsasən hər bir bölgənin potensialına uyğun olaraq turizm inkişaf konsepsiyaları hazırlanır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam