Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Turizm Agentliyi: -"İşğaldan azad edilmiş ərazilərə 1 mln insan səfər edəcək"

 

Dövlət Turizm Agentliyi (DTA) qarşıdakı 4 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək turistlərin sayını açıqlayıb.

Yenixeber.org: Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.

K.Qasımov qeyd edib ki, 2025-ci ilə qədər yerli və xarici turistlər birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur.

"Dövlət Turizm Agentliyi olaraq turizmin canlanması və yenidən inkişafı bizim üçün prioritetlərdən biridir", - K.Qasımov bildirib.

Onun sözlərinə görə, turizmin inkişafı ilə bağlı əhəmiyyətli dönüş dövrü 2016-cı il hesab edilir:

"Turizmin iqtisadiyyatda payı 2,4 %, məşğulluqda payı 1,7 %-ə bərabərdir. Ölkəmizdə turizmin artım tempi 12,5 % olub. 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3,2 milyon nəfər olub. Daxili turistlərin sayı isə 4,3 milyon nəfər olub. Həmçinin turizmin ÜDM-də payı 1,9 milyard manat olub. Biz istəyirik ki, bu göstəricilər artsın. Belə ki, ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə, yerli turistlərin sayını 5 milyon nəfərə, ÜDM-də payını isə 4 milyard manata çatdırmağı düşünürük".

DTA rəsmisi həmçinin turizm rekreasiya zonalarının yaradılmasını nəzərdə tutulduğunu geyd edib: "İnvestorlara tövsiyə edirik ki, bu yerlərə investisiya yatıra bilərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam